Partiya  Generallar görüş yerini niyə Bakı seçdi?-

“Rusiya və ABŞ generallarının Azərbaycanda görüşmələri müsbət bir hadisədir”

Bu sözləri Politika.Az-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Rusiya və ABŞ generallarının Bakı görüşü haqda danışarkən bildirib.

Onun sözlərinə görə, bu görüş bölgədə gərginliyin, hansısa ehtimal olunan xoşagəlməz halların qarşısının alınmasına xidmət edəcək: 

“Görüşün Bakıda keçirilməsinin əsas səbəbi onunla bağlıdır ki, Azərbaycan heç bir hərbi blokun üzvü deyil və ABŞ-ın, eləcə də Rusiyanın tərəfdaşlıq və əməkdaşlıq siyasətini həyata keçirir”.

A.Mollazadə onu da qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın xarici siyasəti bölgəmizdə qarşılıqlı maraqlar üzərində formalaşan siyasət formalaşdırmaqdır: 

“Bununla yanaşı Azərbaycan anti-terror koalisiyasının çox fəal üzvüdür. Bu görüşün Azərbaycanda keçirilməsi Azərbaycanın siyasətinin dünyaya açıqlamaq üçün bir imkandır”.

ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda keçiriləcək görüşü xəbəri təsdiqlənib. 

İki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. 

Ancaq, Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər.


Politika.Az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə