Demokratik
İslahatlar Partiyasının sədri, Milli
Məclisin deputatı Asim Mollazadə həmkarı
Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş
tədbirlərdə iştirak etmək üçün
Avstraliyaya gedib.
Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney,
Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni
millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi
qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız
insanların əziz xatirəsi ehtiramla yad ediləcək.
Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi
istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım
layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi
barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq.
Səfər fevralın 28-də başa çatacaq.
|