Partiya  Bakı qlobal ziddiyyətlərin çözüldüyü əsas məkana çevrilir-

Asim Mollazadə: “ABŞ və Rusiya ölkəmizin həyata keçirdiyi siyasətə yüksək qiymət verir” 

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeri Gerasimov arasında görüş yeri kimi Bakının seçilməsi Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürü kimi qəbul olunur. Bu,artıq beynəlxalq miqyasda da açıq şəkildə vurğulanır.

Milli Məclisin deputatı Asim Mollazadə də bildirdi ki, sözügedən görüşün Azərbaycanda baş tutması ABŞ və Rusiyanın ölkəmizə verdiyi yüksək qiymətin nəticəsidir: “ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri ilə Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüşün Azərbaycanda keçirilməsinin əsas səbəbi ölkəmizin heç bir hərbi bloka üzv olmaması ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanın siyasətinin əsasında həm Vaşinqton, həm də Moskva ilə əməkdaşlıq və tərəfdaşlıq siyasətini həyata keçirmək kimi məqsədlər dayanır. 
Ümumiyyətlə, ölkəmizin xarici siyasəti sabitlik yaratmaq üçün tərəfdaşlığı əsas götürmək, əməkdaşlıq əsasında qarşılıqlı maraqları müəyyənləşdirməkdən ibarətdir. Onun nəticəsidir ki, ABŞ və Rusiya ölkəmizin həyata keçirdiyi siyasətə yüksək qiymət verirlər. Bu mənada da Moskva və Vaşinqton öz aralarında görüş yeri olaraq Bakını seçiblər”....  

Rüfət NADİROĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə