Partiya  Asim Mollazadə Avstraliyaya gedib-
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə həmkarı Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Avstraliyaya gedib. Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney, Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi ehtiramla yad ediləcək.

Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq. Səfər fevralın 28-də başa çatacaq.


www.ann.az 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə