Partiya  Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın Melburn şəhərində də anılıb-

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə bu ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill, parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Yığıncaqda Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra deputat Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir. Xocalı soyqırımını törədənlərə layiqli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal keçirilməlidir.

Toplantıda çıxış edən Avstraliya hökumətinin sabiq naziri Alan Griffin Azərbaycanın dünyada və regionda müstəsna rolunu xüsusi vurğulayıb. Azərbaycana səfərini xatırlayan A.Griffin ölkəmizin çox müasir, tolerant və multikultural dəyərlərə sahib olduğunu qeyd edib. O bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

Toplantıda Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi Elcan Həbibzadə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Elcan Həbibzadə Avstraliya tərəfinə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyə görə təşəkkürünü bildirib.

Tədbirdə, həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva və bu ölkədə yaşayan həmyerlilərimiz çıxış ediblər.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə