Partiya  İslam ölkələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında HANSI ROL OYNAYIR?-

Ölkə başçısı fevralın 27-də Qətərə, ardınca isə Pakistana rəsmi səfər etdi. Ekspertlər hesab edirlər ki, hər iki səfər islam aləmində xüsusi yeri olan Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir. Prezidentin Pakistana İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün getdiyi bəllidir. Lakin bu səfər zamanı iki ölkə rəhbərliyi arasında qarşılıqlı münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın yeni yollarının müzakirə olunması da istisna olunmur.

Bəs İslam ölkələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hansı rolu oynayır? Bizim müsəlman ölkəkələri ilə əlaqələrimizin istiqaməti və meyarı nədir?

Millət vəkili Asim Mollazadə hafta.az-a açıqlamasında deyib ki, Pakistan-Azərbaycan münasibətləri bütün islam ölkələri üçün nümunə olacaq əlaqələrdir. Təəssüf ki, digərləri üçün bunu demək çətindir. İslam ölkələrinə, ərəb ölkələrinə birmənalı olaraq vahid qüvvə kimi baxmaq mümkün deyil:

“Rəsmi İslamabad həmişə beynəlxalq aləmdə Bakını müdafiə edib. Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Bizim mövqeyimizi müdafiə edib. Bundan başqa, bu qardaş ölkə ilə bizim sıx hərbi əməkdaşlıq münasibətlərimiz də var.  Hətta Pakistan digər ərəb və islam ölkələrindən fərqli olaraq ilk dəfə Xocalı soyqırımına hüquqi qiymət verib. Ölkə başçısının Qətərə və Pakistana səfərləri bu baxımdan fərqli mahiyyət daşıyırdı. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, Qətər dövləti ilə ölkəmizin sıx əlaqələri var. Həm iqtisadi, həm də mədəni sahədə Azərbaycan bu ölkələrlə əməkdaşlıqda maraqlıdır. Turizm sahəsində də son dönəmlər inkişaf müşahidə edilir. İslam dünyası ilə bizim əlaqələrimiz günü-gündən inkişaf edir”.

Millət vəkilinin sözlərinə görə, bütün müsəlman ölkələri ilə münasibətlərimiz eyni səviyyədə deyil:

“Onların arasında işğalçı Ermənistanla mehriban münasibətlər quran dövlətlər də var. Hətta bəzi özünü islam dövləti adlandıran ölkələr Ermənistana hərbi dəstək verir. Azərbaycan isə onun haqq səsini dəstəkləyən ölkələrlə münasibət qurmaqda maraqlıdır və bu istiqamətdə səylərini artırır. Ölkəmiz üçün islam dəyərləri həmişə ön planda olub. Bu il həm də Azərbaycanda islam həmrəyliyi ilidir. Eyni zamanda, bu ilin mayında ölkəmizdə dördüncü islam həmrəyliyi oyunları keçiriləcək. Ölkəmizin islam aləmində öz tarixi yeri var. Müsəlman aləmində ilk müsəlman dövlət də məhz Azərbaycanda qurulub”....


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə