Partiya  “25 ildir ki, heç bir nəticəsi olmayan vasitəçilik görürük...” - Millət vəkili-

“İlk növbədə bu məsələdən razı deyilik. Heç bir plan yoxdur, hər hansısa plan olsaydı, onun nəticələrini görərdik”.

Bu sözləri Yeniçağ.az-a, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişə tərəflərinin siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalı olduğunu deməsinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan danışıqlar prosesinə son qoyub:

“Bundan öncə Ermənistan danışıqların imitasiyası ilə məşğul idi. Çox təəssüf ki, Minsk Qrupunun həmsədrləri Ermənistanı sülhə məcbur etmək üçün müvafiq planın hazırlamasının yerinə, yenidən onların siyasətinə dəstək verir. Artıq 25 ildir ki, heç bir nəticəsi olmayan vasitəçilik görürük. Səbəb də odur ki, beynəlxalq hüquq normalarına olan hörmətsizlik, qonşusunun ərazisini işğal edən Ermənistana qarşı hər hansı bir sanksiyalar və qınaq yoxdur. Bunun nəticəsində də münaqişənin həllində Minsk qrupu və onun həmsədrləri öz acizliklərini nümayiş etdirirlər”....

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə