Partiya  Asim Mollazadə: Nüvə silahları böyük müharibələrin qarşısını alan amilə çevrilib-

Bakı, 29 mart, SalamNews, A.İsgəndərova. Nüvə silahından imtina artıq mümkün deyil.

Bunu SalamNews-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Asim Mollazadə qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin əksəriyyətinin nüvə silahı var: “Onlar nüvə silahından imtina etmək istəmirlər. Belə olan halda düşünmürəm ki, hansısa addımlar atılacaq. Nüvə silahları böyük müharibələrin qarşısını alan amilə çevrilib. Bu məsələ ciddi müzakirə olunmalıdır. Təhlükəli dövlətlərin belə bir silaha malik olmamağı üçün həm BMT, həm də dünyanın nüfuzlu ölkələri öz güclərini birləşdirməlidirlər”.  

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə