Partiya  “Azərbaycan göztərdi ki...” — Asim Mollazadə-

“Aprel döyüşləri ilə Azərbaycan Ordusu "ermənilərin sarsılmaz olması" miflərini tamamilə dağıdıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib. Azərbaycan Ordusunun ötən il aprel ayının ilk günlərində ermənilərin etdiyi təxribata çox layiqli cavab verdiyini deyən deputat bildirib ki, bu döyüşlər ermənilərə və dünya ictimaiyyətinə çox ciddi mesaj da verdi:

"Azərbaycan həm ermənilərə, həm də bütün dünyaya göstərdi ki, ordumuzun çox ciddi, müasir, peşəkar qüvvələri var və ölkəmiz istənilən zaman öz torpaqlarını işğaldan azad edə bilər. Azərbaycan sadəcə olaraq, itkilər olmasın deyə, bu münaqişəni sülh yoli ilə həll etmək istəyir. Azərbaycan sülhü tezliklə əldə etmək üçün beynəlxalq ictimiayyətdən ciddi dəstək gözləyir. Azərbaycan müasir, güclü Ordusunu daha da gücləndirəcək. Ordumuz hər zaman ermənilərin təxribatlarına layiqli cavab verəcək".

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə