Partiya  İrəvana sanksiyalar tətbiq edilə bilər – Qarabağa görə-

İşğalçıya qarşı hər hansı bir sanksiya tətbiq olunmadığı halda Ermənistanı sülhə məcbur etmək mümkün olmayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Rusiya zaman-zaman danışıqlar prosesini tamamilə öz nəzarətinə götürmək üçün cəhdlər edir, Lavrovun son Qarabağ açıqlaması da sadəcə bunlardan biridir:

“Problem ondadır ki, Minsk Qrupunun həmsədrləri, ümumiyyətlə, hər hansı bir ciddi prosesi idarə etmirlər. İşlaçını sülhə məcbur etmək istiqamətində addımlar atılmır. Ermənistan danışıqların imitasiyası ilə məşğul idisə, indi heç danışıqlarda iştirak etmir. İrəvana bəraət qazandırmaq üçün səbəb kimi parlament seçkisini irəli sürürlər, guya seçkidən sonra Ermənistan bu prosesə qayıdacaq. Lakin beynəlxalq hüquq normalarının pozulmasına göz yumulur. İşğalçıya qarşı hər hansı bir sanksiya olmadığı halda Ermənistanı sülhə məcbur etmək mümkün olmayacaq. İrəvanın əsas məqsədi indiki status-kvonu saxlamaqdır. Çox təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə bir-biriylə rəqabətdə olan həmsədrlər bu prosesdə irəliləyişə nail olmaq üçün heç bir şey etmirlər, ancaq bəyanatlarla öz fəaliyyətlərini məhdudlaşdırırlar”.

A.Mollazadə hesab edir ki, Azərbaycan artıq hərəkətə keçməli, Ermənistana qarşı sanksiyalar məsələsi beynəlxalq təşkilatlarda daha da aktuallaşdırılmalıdır:

“Son zamanlar İrəvanın danışıqlar prosesini pozduğu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Bu vəziyyət qəbuledilməzdir. Rusiyanın bu prosesi öz inhisarına götürmək istəyi isə problemi daha da dərinləşdirir. Düzdür, Moskva İrəvanın ən yaxın hərbi müttəfiqidir, ancaq Ermənistan bu prosesdə artıq müstəqil hərəkət edə bilməz. Ona görə beynəlxalq təşkilatlar danışıqlar prosesini bir tərəf kimi bilavasitə Rusiya ilə aparmalıdır”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə