Partiya  "Rusiyanın heç bir həll variantı yoxdur"-
"Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatı əsaslanmayan və beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış fikirlərdir”.

Bunu Sherg.az-a Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır" açıqlamasına münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 

O bildirib ki, Rusiya münaqişənin həlli məsələsini öz inhisarına götürmək istəyir:

"Rusiya Ermənistanın sahibidir. Ermənistan müstəqil ölkə deyil ki, Rusiyanın iradəsi xaricində hər hansı addımlar atsın. S. Lavrov dəfələrlə bəyan edib ki, guya onların hansısa açıqlamaları var. Və münaqişənin həlli üçün məhz Rusiyanın monopoliyası çərçivəsində nə isə hazırlanıb. Belə görüntü yaratmağa çalışırlar. Əslində isə heç bir həll variantı yoxdur. Rusiya bu münaqişənin həllində maraqlı olsa idi, onun Ermənistana bir əmri ilə münaqişə həll oluna bilərdi. Ermənistan müstəqil ölkə deyil ki, bu məsələdə hansısa qərarlar qəbul edə bilsin”.

Qeyd edək ki, S. Lavrovun sözlərinə görə bu məsələnin həlli üçün ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Rusiya XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslar zamanı müzakirə olunur.
Aysel Aslan

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə