Partiya  Ermənistan yenə də danışların imitasiyası ilə məşğul olacaq - deputat-

Bakı, 4 aprel, SalamNews, A.Bayramova. Ermənistanda seçki deyil, seçki şousu keçirilib.

Bunu SalamNews-a Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə olan qüvvələr növbəti dəfə seçkilərin nəticələrini saxtakarlıqla müəyyənləşdirdilər: “Hər zaman olduğu kimi beynəlxalq ictimaiyyət isə yenə də buna göz yumur. Ermənistan daxilindəki problemlərə qiymət verilmir. Hesab edirəm ki, bu seçki şousundan sonra Ermənistandakı hakimiyyət dəyişməyəcək, sadəcə olaraq bu idarəetmə təbəqəsi ilə də növbəti ildən başlayaraq danışıqlar olacaq.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlardan əvvəl Ermənistan seçkilər prosesini bəhanə edib, imtina edirdi. İndi isə yenidən danışların imitasiyası ilə məşğul olacaq”.

A.Mollazadə qeyd edib ki, cinayətkar rəhbərlik öz hakimiyyətini yeni formada davam etdirir.

Xatırladaq ki, dünən Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan parlamentində partiya kimi yalnız hakim Respublika və Daşnaksutyun Partiyaları təmsil olunmaq hüququ qazanıblar.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə