Partiya  Prezident məmurlara elə bir tapşırıq verdi ki...-

Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, yol xəritəsində təsdiqini tapan əsas istiqamətlər sürətlə reallaşdırılmalı və hər bir məmur öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir:

“Prezident tərəfindən verilən tapşırıqlar sürətlə yerinə yetirilməlidir. Mənə elə gəlir ki, Azərbaycan iqtisadiyyatının şaxələnməsinə məmurlar çox çevik reaksiya verməllidir, tapşırıqlar mütləq vaxtı-vaxtında yerinə yetirilməli və ölkə iqtisadiyyatına bir neçə istiqamətdə ciddi dəstək göstərilməlidir. Xüsusilə də kənd təsərrüfatı, orta və xırda sahibkarlığın fəaliyyəti əsas prioritet sahələrdir. Hesab edirəm ki, hazırda bu istiqamətdə ciddi işlər gedir. Bu işlər ölkə üçün çox mühüm olan yol xəritəsinin icrası ilə bağlı olan məsələlədir”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə