Partiya  “Qeyri –neft sektorundakı inkişaf prezidentin adı ilə bağlıdır” – Asim Mollazadə-

“Son üç ayda Azərbaycan iqtisadiyyatında əldə olunan yüksək nəticələr ölkə prezidentinin imzaladığı “Yol xəritəsi”nin tərkib hissəsidir. Qeyri neft sektorunun inkişafı çoxşaxəli iqtisadiyyat yaradacaq. Bu istiqamətdə Azərbaycanın çox böyük potensialı var”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Asim Mollazadə prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində səssləndirilən fikirlərə münasibət bildirərkən deyib. Asim Mollazadə həmçinin qeyd edib ki, 2017-ci ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatının, xüsusi ilə də qeyri-neft sektoru sahəsində bu qədər inkişafın əldə olunması prezident İlham Əliyevin səylərinin nəticəsidir:

“İlk növbədə ölkəmizin qida məhsullarının emalı və kənd təsərrüfatının inkişafı üçün ənənəvi və böyük təcrübəsi var. İnanıram ki, yaxın vaxtlarda bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm qolunu təşkil edən turizmin inkişafı, yeni innovativ texnologiyaların tətbiqi, bununla yanaşı, sənayenin inkişafı ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Artıq ölkə rəhbərliyi bununla bağlı bütün imkanlarını səfərbər etməyə başlayıb. Əsas məsələ isə prezidentinin bununla bağlı tapşırıqlarının sürətli icrası ilə bağlıdır. Ümüd edirəm ki, məmur özbaşınalığı sahibkarlıq imkanlarını məhdudlaşdırmayacaq. Bundan başqa onu da deyim ki, xaricdə fəaliyyət göstərən şirkətlərimizin patent alması dövlət büdcəsinə maliyyələşdiriləcək. Artıq bununla bağlı müəyyən fərmanlar da verilib. Azərbaycan öz iqtisadiyyatının şaxələnməsi üçün yetərincə investisiya imkanlarına malikdir. Son üç ay ərzində qeyri –neft sektorundakı inkişaf prezidentin adı ilə bağlıdır”. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə