Partiya  "Avropalılar ənənəvi siyasətçilərdən beziblər"-

"Marin Le Penin, Dağlıq Qarabağla bağlı ölkəmizin maraqlarına zidd, xoşagəlməz ifadələri olub. Ona görə də, Azərbaycan üçün Emmanuel Makronun qalib gəlməsi daha yaxşı olar"

BAKI, 24 aprel — Sputnik. "Fransadakı millətçi qüvvələr qaçqın və terror problemindən məharətlə istifadə etdilər. Ona görə 6 milyondan çox seçici öz səsini radikal millətçi Marin Le Penə verdi". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib. SPUTNİK Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Fransada keçirilən prezident seçkilərinin ilk turunda mərkəz sağçı Emmanuel Makronla mübarizə aparan radikal millətçi Le Penin uğurunu şərh edən millət vəkili, bunun təsadüfi olmadığını söyləyib: "Avropada qaçqınlar və terrorla bağlı yaranan vəziyyət ictimai rəydə ciddi dəyişikliklərə səbəb olub. Millətçi qüvvələr də bu vəziyyətdən məharətlə istifadə edirlər". "Bir məsələni xüsusi qeyd eləməliyik ki, Marin Le Penin rəhbərliyindəki sağçı qüvvələr "Fransa fransızlar üçün", "Fransa Avropa İttifaqından çıxmalı, avrodan imtina etməlidir" kimi şüarları ilə 6 milyondan çox səs toplaya biliblər. Ancaq diqqət etsək, görərik ki, onun rəqibi, "İrəli" Hərəkatının rəhbəri Emmanuel Makron elə də güclü rəqib, ya da hansısa aparıcı siyasi partiyanın rəhbəri deyil" — A. Mollazadə vurğulayıb. Onun sözlərinə görə, hazırki prezident Olland dövründə ölkədə iqtisadi durumun ağırlaşması, sosial rifahın aşağı düşməsi yeni simaların üzə çıxmasına şərait yaratdı: "Mərkəzçi mövqedən çıxış edən, Sosialist Partiyadan çıxmış, "İrəli" Hərəkatını quran Makron hazırda birinci yerdədir" — millət vəkili bildirib. Mollazadə hazırda Avropada çox ağır proseslərin getdiyini deyib: "Mayın 7-də keçiriləcək seçkinin ikinci turunda, ola bilər ki, bütün qüvvələr birləşərək millətçi Le Penin qarşısını alsınlar. Oxşar proses tək Fransada yox, bütün Avropa miqyasında — Hollandiyada, Almaniyada, Avstriyada, hətta Amerikanın özündə də gedir. Artıq ictimaiyyət, ənənəvi siyasətçilərə yox deyir. Bu cür siyasətçilər hazırki mühitdə öz nüfuzlarını itiriblər".....

Read more: https://sputnik.az/expert/20170424/409973952/avropa-enenevi-siyasetcilerden-bezib.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə