Partiya  Millət vəkilindən müharibə mesajı: İrəvan yenə də...-

Ermənistan danışıqlar prosesini pozur və sülh istiqamətində heç bir addım atmaq istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən konkret nəticələr gözlənilmirdi:

“Görüşlə bağlı çox az rəsmi məlmat verilib. Çox güman ki, gözlədiyimiz kimi hər hansı bir ciddi irəliləyiş yoxdur. Hesab edirəm ki, bütün beynəlxalq ictimaiyyət bu vəziyyətə ciddi yanaşmalıdır. Ermənistan danışıqlar prosesini pozur və sülh istiqamətində heç bir addım atmaq istəmir. Rusiya artıq bu danışıqları öz inhisarına alıb. Mənə elə gəlir ki, ATƏT-in Minsk Qrupu və BMT İrəvanın apardığı siyasətə qiymət verməlidir. Ermənistana sanksiyaların tətbiq olunmasının vaxtı çoxdan çatıb”.

Millət vəkili vurğulayıb ki, Moskva görüşünün nəticəsiz bitməsi müharibə varinatını gündəmdə saxlayır: “Ermənistan yenə bölgədə gərginliyi artırmaq üçün istifadə oluna bilər”.

Qeyd edək ki, Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü başa çatıb. Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmların icrasının vacibliyini vurğulayıblar.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə