Partiya  Bakı sivilizasiyaların harmoniyası olacaq-

Millət vəkillərinin fikrincə, Azərbaycandan dünyaya sülh mesajı veriləcək 

Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixində imzaladığı fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə keçirilir. Bu fərmandan irəli gələrək, 7-9 aprel 2011-ci ildə Bakıda I, 29 may - 1 iyun 2013-cü ildə II, 18-19 may 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO-nun birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. 4-6 may 2017-ci il tarixlərində isə ölkəmizdə IV dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Daha əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verəcək.....
.....Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəbildirib ki, Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi artıq ənənəvi hal alıb: "Çox gözəl bir imkandır ki, Azərbaycan öz təcrübəsini, tarixi ənənəsini dünya ilə bölüşsün. Çünki Azərbaycanda artıq uzun iləərdir ki, fərqli dinlərin, etnik qrupların birgə qarşılıqlı hörmət və əməkdaşlıq sistemi formalaşıb. Bizim fikrimizcə, bu, çox böyük dəyərdir ölkəmiz üçün çox əhəmiyyətlidir. Dünyanın bir sıra bölgələrində islamafobiya, antisemitizm artmağa doğru gedir. Düşünürəm ki, məhz Azərbaycan təcrübəsi bu istiqamətdə çox gözəl bir nümunə ola bilərdi”.

A.Mollazadə əlavə edib ki, budəfəki Bakı Forumunda dinlərin qarşılıqlı hörmət ənənəsi, millətlərin mədəni münasibətləri, mübadiləsi müzakirə mövzusu olacaq: "Bir neçə dəfə bu istiqamətdə Forum baş tutub. Sadəcə olaraq, indi əhatə dairəsi genişlənib, yeni üzvlər foruma qatılır. Bu mənada Forumun çox önəmli olduğunu qeyd edir və onu mühüm hadisə kimi qiymətləndirirəm”.

Millət vəkilinin sözlərinə görə, Bakı Forumu vasitəsilə dünyaya veriləcək mesaj ondan ibarət olacaq ki, tolerantlıq sahəsində mühüm irəliləyişlər sivilizasiyaları xilas edə bilər: "Bilirik ki, Avropada tolerantlıq anlayışı nifrətin dözümlülüklə əvəz olunması kimi başa düşülür. Lakin Azərbaycanda bu anlayış qarşılıqlı hörmət və əməkdaşlıq təcrübəsidir. Bizim nümunəyə əsaslansaq, bu, sivilizasiyaların, o cümlədən dünyanın xilası ola bilər”.
 
Bəxtiyar MƏMMƏDLİ 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə