Partiya  Asim Mollazadə: "ÜAK-ın ləğvi qərarı siyasi xarakterlidir"-

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı siyasi xarakterlidir və biz bunu  çox mənfi qarşılayırıq”.

Bu barədə 1news.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.

O deyib ki, bu məsələdən Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə olunub:

“Eyni zamanda Rusiyada yaşayan milli azlıqların hüquqları kobud sürətdə pozulub. Bununla da Moskva beynəlxalq hüququn bir sıra  normalarına zidd addım atıb. Hesab edirəm ki, Rusiyada çox ciddi düşünməlidirlər və Azərbaycana qarşı olan bu qərarı ləğv edilməlidir. Azərbaycan da təbii olaraq Rusiyanın burdakı QHT-lərinin fəaliyyətini yenidən nəzərdən keçirməli və onalrı hüququ əsaslarını araşdırmalıdır”.

Millət vəkili əlavə edib ki, bu qərar iki ölkənin münasibətlərinə də olduqca mənfi təsir göstəriri:

“Məsələ ilə bağlı Azərbaycan bütün səviyyələrdə öz etirazını bildirib. Əgər Rusiya münasibətlərin pisləşməsini istəmirsə, öz qərarına yenidən baxmalıdır. Rusiyanın Ədliyyə Nazirliyi öz qərarını dəyişdirməli, müraciətini geri götürməli və müvafiq addımlar atmalıdır. Ən əsası isə bu haqsız mövqedə dəyişiklik olmalıdır. Çünki qeyd etdiyim kimi bu, hüquqi yox, siyasi müstəvidə olan qərardır”.

A.Mollazadə hesab edir ki, Rusiyanın siyasətində bir sıra qonşu ölkələrə qarşı təzyiq vasitələrindən istifadə olnur və və qeyd edilən qərar da həmin vasitələrdən biridir”.

Xatırladaq ki, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirilib.

Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.

Pərvanə Sultanova

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə