Partiya  Asim Mollazadə: “İslamiada İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə ciddi töhfə verəcək”-

Hər bir idman tədbiri həm də ölkələr arasında sülh və həmrəyliyin güclənməsinə xidmət edən bir yarışdır. Bu mənada xalq və millətlər arasında həmrəyliyin əldə olunmasında olimpiadaların da böyük rolu vardır. Azərbaycanda keçirilən IV İslam Həmrəylik oyunları da bu mənada müsəlman ölkələri arasında birlik və həmrəyliyin güclənməsinə töhfə vermək gücündə olan bir yarışdır. ...

....Milli Məclisin deputatı Asim Mollazadə də qeyd etdi ki, İslamiada İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə ciddi töhfə verəcək: “Azərbaycan öz təcrübəsi və dəyərlərini İslam dünyası ilə bölüşmək istəyir. Tarixən Azərbaycan bu dünyanın lideri olub. Azərbaycan Avropa mədəniyyətinə qovuşan, öz mədəniyyətilə Qərb mədəniyyətinin yeni sintezini yaradan, İslam dünyasında ilk dünyəvi dövlətə çevrilən bir ölkə olub. 
Bununla yanaşı, Azərbaycanda fərqli mədəniyyət və dinlər birgə yaşayıb, onlar arasında  əməkdaşlıq və qarşılıqlı hörmət mühiti mövcud olub.  Bu işdə Azərbaycan böyük təcrübəyə sahibdir. Ölkəmizdə keçirilən İslamiada Azərbaycana öz dəyərlərini İslam dünyası ilə bölüşmək, mədəniyyətini nümayiş etdirmək üçün verilən gözəl bir fürsətdir”. 
Rüfət NADİROĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə