Çox təəssüf ki, ATƏT-in Minsk Qrupu işində öz təməl sənədlərinə, digər beynəlxalq təşkilatların və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanmır. Bu sözləri Axar.az-a ATƏT-in Minsk Qrupunun son bəyanatını şərh edən millət vəkili Asim Mollazadə deyib. Millət vəkili vurğulayıb ki, ATƏT əslində bugün ən əsas məsələ olan Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin müzakirəsi əvəzinə təcavüzkar Ermənistana hansısa formada bəraət qazandırır: “Çox təəssüf ki, ATƏT-in Minsk Qrupu işində öz təməl sənədlərinə, digər beynəlxalq təşkilatların və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əsaslanmır. Rəsmi Bakı 25 ildən artıqdır fəaliyyət göstərən təşkilatdan münaqişənin dondurulmasını yox, beynəlxalq hüquq normalarının tətbiqini tələb edir. Həmsədrlər məsələnin həlli istiqamətində siyasi donları yox, hüququn aliliyini bərqərar etməlidirlər. Buna qadir olmadıqlarına görə ortada heç bir nəticə yoxdur. İndiki vəziyyətdə daha çox siyasi turizmə bənzər hərəkətləri görürük”. Qeyd edək ki, mayın 18-də, Laçının Ermənistan tərəfindən işğal edildiyi gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanı qınayan bəyanat yayıblar. Bəyanatda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfdən təmas xəttinin o biri tərəfinə raket zərbələri endirilib. Mayın 16-sı və 17-də isə Ermənistan silahlı qüvvələri müxtəlif çaplı minaatanlarla “cavab atəşi” açıblar.
|