Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qeyd olunub ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Modern.az saytı şanlı tariximiz olan Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu ildən başlayaraq silsilə yazılar təqdim edir. Bugünkü toxunduğumuz məsələ cümhuriyyət tariximizin təhsil sistemindəki rolu barədədir. Azərbaycan ikinci müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsində cümhuriyyət tariximizə hansı formada yer verilib? Cümhuriyyətimizin yaranması, yaradıcıları, cümhuriyyət dövrünün ziyalıları, tarixçiləri, görkəmli xadimlərinə dərsliklərimizdə nə dərəcədə yer verilib?...
....Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə də cümhuriyyət dövrünün dərsliklərdə geniş işıqlandırılmasının tərəfdarıdır. “Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Azərbaycan Xalq cümhuriyyətinin yaranması tək Azərbaycan üçün deyil, dünya üçün də mütərəqqi hadisədir. Çünki Şərqdə ilk qurulan respublikadır. Bu Azərbaycanın tarixi missiyasıdır. Ona görə də Azərbaycanın təhsil proqramlarında da dünyəvi dəyərlərimizin olması vacibdir. Gələn il cümhuriyyətimizin 100 illiyini qeyd edəcəyik. Biz Azərbaycanın inkişaf edən gəncliyinə bunu çatdırmalıyıq. Düzdür, dəsrliklərimizdə cümhuriyyətimiz barədə məlumatlar yer alır. Düşünürəm ki, bunu daha da genişləndirmək lazımdır”. Namidə BİNGÖL
|