Partiya  ABŞ Azərbaycana yardımları niyə azaltdı? - SƏBƏB AÇIQLANDI-

ABŞ Prezidenti Administrasiyası Konqres qarşısında 2018-ci maliyyə ilində öz büdcə tövsiyələrini açıqlayıb. Yeni büdcəyə əsasən Azərbaycana ayrılan yardımlar 90 faiz, Ermənistana ayrılan yardımlar isə 67 faiz azaldılacaq.

Demokratik İslahatlar Partiyasnın sədri, deputat Asim Mollazadə Unikal.org-a bildirib ki, bu, ABŞ-ın yeni prezidenti Donald Trampın büdcənin bir sıra istiqamətlərində həyata keçirdiyi ixtisarlarının nəticələridir: "Vaxtilə Ermənistan erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ-dan ən çox yardım alan ölkə idi. İndi bu yardım azalıb. ABŞ bütün ölkələr üçün öz yardımını azaldıb. Bu, Trampın büdcənin bir sıra istiqamətlərində həyata keçirdiyi ixtisarların nəticəsidir. Burada qeyri-adi nəsə yoxdur. Biz daha çox Ermənistana yardımların azadılmasından danışmalıyıq. Çünki Azəbaycan Ermənistandan qat-qat güclü olduğuna görə yardımların azaldılması normaldır. Ermənistana çox yardım verilməsinin də səbəbləri erməni diasporunun fəaliyyəti, erməni lobbisinin təzyiqləri nəticəsində çox idi. İndi isə böyük həcmdə ixtisar var”.

H.Babayev
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə