İki ildən çoxdur ki, ölkədə iqtidarla müxalifət arasında siyasi dialoq keçirilmir. Ümumiyyətlə, son dövrlər siyasi partiyaların fəaliyyətində süstlük müşahidə olunur. Əvvəllər dialoqla bağlı müxalif düşərgə hakimiyyətə anoloji müraciət yollayırdı. İqtidar isə məqsədəuyğun saydığı halda görüşlər yarıqapalı şəkildə keçirilirdi. Bəs indi hakim Yeni Azərbaycan Partiyasına dialoqla bağlı müraciətlər daxil olurmu? Ümumiyyətlə YAP-ın ölkədaxili siyasi qüvvələrlə dialoq masasında əyləşmək kimi planı varmı?... ....Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə isə bildirib ki, hər keçirilən görüşün mövzusu olmalıdır. Mövzusuz dialoqun mənası da olmayacaq: “Mənə elə gəlir ki, iqtidarla müxalifət dialoqu əsas müzakirə mövzusu deyil. Bizdə bir neçə dəfə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların görüşü keçirilib. Burada iqtidar və müxalifət partiyaları da iştirak etmişdilər. Həmin görüşlərin mövzusu seçkilərə həsr olunmuşdu. Düşünürəm ki, seçkilər ərəfəsində bu cür görüşləri yenə də keçirmək olar. Hər keçirilən görüşün mövzusu olmalıdır. Ümumilli əhəmiyyət kəsb edən bütün məsələlərdə bu cür görüşlərin keçirilməsinə ehtiyac var”.
|