Partiya  Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...-

Məlumdur ki, bu yaxınlarda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, dövlət  proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna müsabiqədənkənar qəbul ediləcəklər.

Digər tərəfdən, Azərbaycanın ali təhsil ocağını bitirənlər eyni qaydada, yalnız test imtahanı və müsahibə mərhələsini keçdikdən sonra dövlət qulluğunda işləyə bilərlər. 
Bu ayrı-seçkilik ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət belə düşünür ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların bir çoxu hansısa imkanlı-varlı şəxsin övladı olaraq asan yollarla diplom ala bilib. Bu halda onlara hələ imtahansız işə götürülmək imtiyazı da verilir, amma yerli universitetlərdə əziyyətlə oxuyanlar dövlətə qulluq etmək üçün yenidən imtahan verməlidirlər.

Bəs bu nə dərəcədə düzgündür?

Sosial ədalətsizlik var?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə Modern.az-a deyib ki, varlı uşaqları dövlət hesabına deyil, öz hesablarına xaricdə təhsil alırlar. 

“Söhbət dövlət xətti ilə xaricdə oxumaq üçün ödənilən xərclərdən gedir. Həmin xətlə oxuyan uşaqların əksəriyyətini tanıyıram. Heç də varlı ailələrin uşaqları deyil. Ona görə də sosial ədalətsizlikdən danışmaq düzgün deyil. Onlar istedadlı uşaqlardır, öz bilikləri hesabına oxuyublar. Dövlət proqramı hesabına təhsil alanlar dünyanın ən yaxşı universitetlərinin məzunlarıdır. Onların bilik səviyyələri kifayət qədər yüksəkdir.  Çünki dövlət hesabına təhsil proqramında hər zaman yüksək səviyyəli universitetlər seçilib. Bu təhsil ocaqlarının verdiyi biliklər tələbələri kifayət qədər peşəkar mütəxəssis kimi yetişdirir”.


“Azərbaycanda təhsil səviyyəsini qaldırmaq lazımdır”

“Düşünürəm ki, Azərbaycan təhsilinin səviyyəsini dünyanın nüfuzlu universitetləri ilə bərabər etməliyik. Hələlik isə biz bunu görmürük. Təəssüf ki, bir sıra universitet məzunlarımızın peşəkarlıq səviyyəsi çox aşağıdır. Fikrimcə, ali təhsil müəssisələrində hələ çox islahatlara ehtiyac var. Buna görə də həmin universitetlərin məzunları öz təhsil səviyyələrini isbat etməlidirlər”.....

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə