Partiya  “Qarabağda yaşayan ermənilər görməlidir ki, Azərbaycanın imkanları çox genişdir”-

Leyla Məhərrəmova / AZADİNFORM. “Cocuq Mərcanlıda görülən işlər Azərbaycanın gələcəkdə Dağlıq Qarabağda həm iqtisadi, həm inşaat sahəsində vəziyyəti  necə sürətlə dəyişdirə biləcəyinə bir nümunədir”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O qeyd edib ki, eyni zamanda Cocuq Mərcanlıda mənəvi dəyərlər hörmət nümayiş etdirilib. Belə ki, Şuşa məscidinin layihəsi əsasında məscid də inşa edilib: “Qarabağda yaşayan ermənilər də görməlidir ki, bu gün Azərbaycanın imkanları çox genişdir. Qarabağın Azərbaycanın tərkibində qalması orada yaşayan millətlər, müxtəlif dinlərə mənsub olanlar üçün inkişaf perspektividir”. Deputat əlavə edib ki, bu gün Azərbaycanda yəhudilərin, xristianların qarşılıqlı hörmət, qardaşlıq mühitində yaşaması Qarabağ münaqişəsinin həllinin bir növ yoludur: “Cocuq Mərcanlı da bu istiqamətdə bir nümunədir ki, biz onu dünyaya nümayiş etdiririk”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə