Partiya  Beynəlxalq əlaqələrimizin fəallaşması, xarici siyasətimizin düzgünlüyünü təsdiqləyir-

“Prezidenti İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında da söylədiyi kimi cari ilin 6 ayında ölkəmizin beynəlxalq əlaqələri daha da fəallaşıb, dostlarımızın sayı artmaqdadır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələri və münasibətləri bir prinsip üzərində qurulur ki, bura ilk növbədə əməkdaşlıq, qarşılıqlı maraqlar daxildir: “Azərbaycan qarşılıqlı maraqlar üzərində bir sıra ölkələrlə öz münasibətlərini gücləndirir. Bu gün Avstraliyada, Latın Amerika, şimali Amerika, Avropa və Asiyada Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı artır, bizim haqq səsimiz həmin ölkələrdə eşidilir. Buna misal olaraq deyə bilərəm ki, bir çox Latın Amerika ölkələrində Azərbaycanın faciəsi – Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib, Avstraliyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir”.

A. Mollazadə qeyd edib ki, Azərbaycanın qarşılıqlı maraq üzərində həyata keçirdiyi strateji layihələr nəticəsində dostlarımızın sayı daha da artır: “Bu gün Azərbaycanda dinindən, irqindən asılı olmayaraq yaşayan insanların firavan həyatı, eləcə də bir çox mədəniyyətlərin əməkdaşlığını əks etdirən mühit dünyanın diqqətini çəkir. Ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlər, forum və konfranslarda iştirak edən xarici nümayəndələr Azərbaycanın bu xüsusiyyətini öz ölkələrinin ictimaiyyətinə çatdırırlar. Mənə elə gəlir ki, məhz bu Azərbaycana beynəlxalq mühitdə hörmət qazandıran əsas amillərdən biridir. Bu da nəticə etibarı ilə xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir”.

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə