Partiya  Deputat: “Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”-

Leyla Məhərrəmova / AZADİNFORM. Hesab edirəm ki, hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir.

Bu fikri Azadinform-a Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçiriləcək görüşündən danışarkən bildirib. O qeyd edib ki, Ermənistan uzun illərdir ki, danışıqları imitasiya edir. Deputat vurğulayıb ki, Ermənistan son zamanlar danışıqlardan da imtina etmişdi: “Düşünürəm ki, danışıqlar zamanı işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması məsələsi gündəmdə olmalıdır. Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə