Partiya  "Bütün təhlükələri aradan qaldırmaq üçün bu mübarizə davam etməlidir"-
İyulun 21-də Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında işgüzar görüş keçirilib. Rusiya prezidentinin rəsmi saytının məlumatına görə, Vladimir Putin iki ölkə prezidentinin görüşünün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini bildirib.

"Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam"- deyə, Rusiya prezidenti bildirib. 
Maraqlıdır, prezidentlərin baş tutan bu görüşündən sonra Qarabağ probleminin həll istiqamətində hər-hansısa irəliləyişə nail olunacaqmı?

Demokratik islahatlar partiyasının sədri, millət vəkili  Asim Mollazadə məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Hazırda ölkəmiz Qarabağda istiqlal mübarizəmizi aparmaqdadır. Bu mübarizə uzun illərdir davam etməkdədir. Ölkəmizin ərazi bütövlüyünə, müstəqilliyinə qarşı yönəlmiş olan bütün təhlükələri aradan qaldırmaq üçün bu mübarizə davam etməlidir. Mən əminəm ki, xalqımız öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Sadəcə olaraq bir az zamana və dövlətimizin daha da güclənməsinə ehtiyacımız var.”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə