Partiya  "ÜAK-ın ləğvi ədalətsiz qərardır" - DEPUTAT-

Asim Mollazadə: "Bu, Azərbaycana təzyiq mahiyyəti daşıyır: Yenidən imperiyanı bərpa etmək, Sovet İttifaqını qaytarmaq istəyirlər"


"Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ədalətsiz qərardır”.

Bunu "Sherg.az”a Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin səbəblərini izah edərkən millət vəkili Asim Mollazadə deyib. 

O bildirib ki, bu qərar Azərbaycana təzyiq mahiyyəti daşıyır:

"Ümumən, bu qərarın arxasında Rusiyada milli azlıqların hüquqlarının pozulması prinsipi dayanır. Düşünürəm ki, ÜAK-ın ləğvi qərarı Rusiyanın apardığı siyasətin mahiyyətindən irəli gəlir. Yenidən imperiyanı bərpa etmək, Sovet İttifaqını qaytarmaq istəyirlər. Məhz ona görə müstəqil siyasət aparan ölkəyə qarşı əllərində olan bütün təzyiq imkanlarından istifadə edirlər. 

Mənə elə gəlir ki, Rusiya qərarını dəyişdirməlidir. Çünki belə olduğu halda Rusiya ilə bütün keçmiş SSRİ ölkələri arasındakı münasibətlər gərginləşə bilər. Ya bölgə Ermənistan kimi işğal olunmalı, ya da Moskvaya təzyiq göstərilməlidir. Bu siyasət dünyada qiymətini almalıdır".

Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin səbəblərinə toxunan deputat onu da əlavə edib ki, Azərbaycanın müstəqil siyasəti, bir sıra dünya əhəmiyyətli layihələrdə iştirakı, beynəlxalq nüfuzu Rusiyanı narahat edir.

Qeyd edək ki, dünən Ümumrusiya Azərbaycan Konqresinin apelyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ayyət ƏHMƏD
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə