Partiya  Azərbaycan deputatları İraq kürdlərinin referendumuna qiymət verdilər-

Sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumu ilə əlaqədar səsvermə keçirilib. Referendumda iştirak edənlərin 93%-i müstəqilliyə “hə” cavabı verib. Səs verənlərin 6,71%-i isə müstəqilliyin əleyhinə çıxıb. Ümumilikdə, referendumda 3,3 milyon insan qatılıb. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri İraq Kürdüstanının lideri Məsud Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu, mümkün olmayıb.

Türkiyə, İraq, İran və bir çox başqa ölkələr referendumu separaçılıq adlandırıblar. 

Azərbaycan da illərdir separaçılıqdan əziyyət çəkir. Bu referendumun keçirilməsinə Azərbaycan deputatlarının münasibəti necədir?

Modern.az saytı bu sualla bir neçə deputata müraciət edib.....

....Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, Azərbaycanın bu məsələdə bir mövqeyi var.

 

“Bu da beynəlxalq hüquq normalarının üzərində qurulub. Azərbaycan hər bir ölkənin ərazi böütövlüyünü, suverenliyini tanıyır. Hanısa bir qanun pozuntusunun nəticəsində yaradılan separatçı rejimi Azərbaycan heç vaxt dəstəkləmir. Həmçinin, kiminsə ərazisini zorla ələ keçirib, orada dövlət yaradan və yaxud öz ərazisinə qatan ölkələrin ərazi bütövlüyünü tanımır. Çünki biz özümüz də uzun illərdir ki, belə separatçı rejimin əməli nəticəsində müharibə vəziyyətində yaşayırıq. Mövcud sərhədlər ancaq qarşılıqlı razılıq əsasında dəyişə bilər. Xalqların öz müqəddəratını qurmaq hüquqi heç də yeni bir dövlət yaratmaq demək deyil. Bunun üçün yüzlərlə muxtariyyət variantları var”. ...


Mirmahmud KAZIMOĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə