Partiya  Azərbaycan bu məsələlərdə beynəlxalq hüququn prinsiplərini və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir-

"Artıq indidən müstəqillik tərəfdarları Türkiyə, İraq və İranın kürdlər yaşayan bölgəsində torpaq iddiası ilə çıxış edirlər"

BAKI, 26 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Sputnik Türkiyə xəbər verir ki, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir. Qeyd edək ki, İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır......

.....Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də, məsələni Sputnik Azərbaycan-a şərh edib. O deyib ki, ilk addım İraq hökuməti tərəfindən atılıb və onlar belə bir referendumun keçirilməsinə razılıq verməyiblər.

"Gərginliyin əsas səbəbi məhz İraqın daxilində bu separatizmin, parçalanmanın yaranmasıdır və təbii olaraq qonşu ölkələr də öz etirazını bildirib. Rusiya istisna olmaqla, bir sıra digər ölkələr də öz narazılığını ifadə edib. İstisna deyil ki, bu hadisələrin ardınca müvafiq olaraq gərginlik arta bilər" — deputat qeyd edib.

Mollazadənin sözlərinə görə, Türkiyə İraqın parçalanması və onun ərazilərində hansısa yeni dövlətlərin yaranmasının əleyhinədir: "Bu addım əslində yeni bir addımdır. İndiyədək Məsud Bərzani və muxtariyyət rəhbərliyi müstəqillik barədə bəyanatlar verməmişdi. Məhz belə bir yeni dövlət yaratmaq qərarı bu gərginliyin əsas səbəbidir".

"Azərbaycan bu məsələlərdə beynəlxalq hüququn prinsiplərini və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir" — deyə millət vəkili vurğulayıb.



Read more: https://sputnik.az/expert/20170926/412022906/azerbaycan-iraqin-erazi-butovluyunu-destekleyir.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə