Partiya  Həmsədrlərin səfərləri siyasi turizm xarakteri daşıyır - deputat-

Bakı, 6 oktyabr, SalamNews, A.Bayramova. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç bir yenilik gözləmirəm. Həmsədrlərin səfərləri siyasi turizm xarakteri daşıyır və nəticəsi yoxdur.

SalamNews-a bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, budəfəki səfər də danışıqlar prosesinə heç bir yenilik gətirməyəcək: 
“Lakin Ermənistan danışıqların imitasiyası  prosesinə qayıda bilər. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq edərsə, bu istiqamətdə atılmış real nəticə olar. Sözügedən dövlətə qarşı bu günə qədər heç bir sanksiya tətbiq edilməyib. Ermənistan 25 illik işğaçılıq siyasətini hələ də davam etdirir”.

A.Mollazadə deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutsa belə, Ermənistan təxribatlarından əl çəkməyəcək.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda Ermənistanda rəsmi səfərdədirlər. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə