Partiya  Ermənistana beynəlxalq miqyasda təzyiqlər mexanizmi işə salınır-

Asim Mollazadə: “Prosesdə real nəticənin əldə olunması üçün işğalçı ölkəyə sanksiyalar tətbiq olunmalıdır”

Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə bildirdi ki, Ermənistan danışıqlar prosesinə qayıdır.  “Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz”. Bu fikirlərdən aydın görünür ki, danışıqlara qayıtmaq üçün beynəlxalq miqyasda Ermənistaan təzyiqlər olub. İndi danışıqlarda nəticənin əldə olunması üçün bu təzyiqin davamını da gözləmək olarmı? Olarsa, bu münaqişə üçün nə vəd edir?....

.....Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, Ermənistana danışıqlar prosesinə qayıtmaq üçün təzyiq olsa da, işğal olunmuş torpaqlaqrımızın qaytarılması ilə bağlı onlara təzyiq göstəriləcəyi hələlik gözə dəymir: “Hələlik Ermənistana təzyiqlər onların danışıqlara getməsilə bağlı olub. Bu fonda Ermənistan danışıqlara qayıtmalı olacaq. Amma özləri üçün zəruri bir məqamda yenidən danışıqları pozacaqlar. Ona görə də Ermənistana yönəlik təzyiqlər ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsilə bağlı olmalıdır.Təəssüf edirəm ki, bu yoxdur. 

Beynəlxalq təşkilatlar Ermənistanı yeni oyunlara vadar edirlər. Amma prosesdə real nəticənin əldə olunması üçün işğalçı ölkəyə sanksiyalar tətbiq olunmalıdır. Bu gün isə qəribə vəziyyət yaranıb. Məsələn, Avropa Şurasının baş katibi Rusiyaya qarşı sanksiyaları qaldırmaq istəyir. Əvəzində Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyirlər. Bu, öz-özlüyündə göstərir ki, Azərbaycanla informasiya müharibəsi aparan beynəlxalq şəbəkə təəssüf ki, Ermənistanın ölkəmizə qarşı olan təcavüzünə qiymət verməyə imkan vermir. Bu da ən əsas problemdir. Həmin problemə görə də postsovet məkanındakı heç bir münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Beynəlxalq təşkilatlar hüququn aliliyinə hörmət etməyəndə onun da qurbanları mülki əhali olur”. 
Rüfət NADİROĞLU
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə