Partiya  “AŞPA-nın qətnaməsi Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələrin fəaliyyətinin nəticəsidir”- DEPUTAT-
Avropa Şurası Parlament Assambleyasının  payız sessiyası çərçivəsində oktyabrın 11-də keçirilən  iclasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”  adlı iki  məruzə dinlənilib və yekun olaraq Azərbaycanla bağlı qətnamə qəbul edilib. Qətnamədə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi represiyalar və təqiblər, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının kritik durumu, ölkədə Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığını, siyasi motivli həbslərin davam etdiyini və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icar olunmadığı əksini tapıb. Sənəddə eyni zamanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və siyasi fəalların üzərində təqiblərin olduğu xüsusi olaraq qeyd edilir.
asim_mollazdaertyui67bbrussel-300x222
Məsələ ilə bağlı Gununsesi.infoya mövqeyini bildirən  millət vəkili Asim Mollazadə bildirib ki, AŞPA-nın qəbul etdiyi qətnaməni Azərbaycana qarşı  informasiya müharibəsi aparan qüvvələrin fəaliyyətinin nəticəsi hesab edir:
“Bu qətnamə bir daha sübut edir ki, bu qüvvələrin məqsədi Azərbaycanla Avropa strukturları arasındakı münasibətə xələl gətirməkdir. Bununla yanaşı bütün dünyaya yalan məlumat yaymaqla, guya Azərbaycanda insan hüquqlarının pozulmasını əsas götürərək Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşamamasını isbatlamaqdır. Guya Azərbaycan insan haqları pozulduğundan ermənilər Azərbaycan tərkibində yaşaya bilməz”.  
Millət vəkili hesab edir ki, Azərbaycana qarşı aparılan bu informasiya müharibəsini döyüş meydanında aparılan müharibə kimi dəyərləndirir, bu informasiya müharibəsinə  əks hücumla ciddi həmləyə keçməliyik.
“Azərbaycana qarşı yönələn bu addımların qarşısını almaq üçün bütün qüvvələr səfərbər olmalıdır”- deyə, A.Mollazadə  bildirib.
Deputat eyni zamanda bunu, anti-Azərbaycan qüvvələrin bu hərəkətlərini noyabrda Azərbaycanla Avropa İttifaqı arasında  imzalanacaq sazişin qarşısını almağa yönəlik addım hesab edib.....

Mürtəza Bünyadlı
Gununsesi.info
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə