Partiya  Deputat dil kurslarını ittiham etdi: “Təhsil Nazirliyi nəzarət etməlidir”-

Azərbaycanda müxtəlif adda kurslar fəaliyyət göstərir. Pul müqabilində həmin kurslarda dizayn, dil, kompüterdən istifadə bacarıqları və s. öyrədilir, bunun qarşılığında sertfikat təqdim edilir. Həmçinin bu cür kursların reklamlarına müxtəlif yerlərdə rast gəlmək mümkündür.

 

Digər tərəfdən kəmiyyət hər zaman keyfiyyət göstəricisi olmur. Bu gün kifayət qədər kurslar fəaliyyət göstərsə də, uğurlu nəticə əldə edənlərin sayı azdır. Hər halda əksəriyyət tez-tez kurs dəyişənlərin, narazılıq edənlərin şahidi olub.

 

Maraqlıdır, ölkədə fəaliyyət göstərən bu kurslara görə kim məsuliyyət daşıyır?

 

“Sertifikat veriləndə səviyyə yoxlanmalıdır”

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlamasında bildirib ki, kursların fəaliyyətinə Təhsil Nazirliyinin müvafiq qurumları nəzarət etməlidir:

 

“Sertifikatları verən müvafiq icra orqanı  kursların fəaliyyətinə nəzarət etməlidir. Sadəcə olaraq bu sahə özəldir və bu baxımdan özəl rəhbərlərin uğuru və ya uğursuzluğunun məsuliyyəti bu işi həyata keçirənlərlə bağlıdır. Amma sertifikat veriləndə səviyyə yoxlanmalıdır. Buna da Təhsil Nazirliyinin müvafiq qurumları nəzarət etməlidir”.....

Günay RƏSULQIZI

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə