Partiya  “Helsinki Komissiyası beynəlxalq hüququn aliliyini pozur” ŞƏRH-

“Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələr keçirməsi prinsipləri, beynəlxalq hüququn aliliyini pozur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, yaxşı olardı ki, Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı dinləmələr keçirərək əslində mövcud vəziyyətin Helsinki sənədlərinə uyğun olub-olmadığını yoxlasın: "Əslində Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın ərazilərimizə olan iddiası Helsinki sənədlərinin kobud şəkildə pozulması deməkdir. Çünki, Helsinki sənədini imzalayan bütün ölkələr bir-birilərinin ərazi bütövlüklərini tanıyıb. Ermənistanın Azərbaycanın ərazilərinə iddiası isə bu prinsiplərin bir başa pozulması demək olsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib”.

A. Mollazadənin fikrincə, indiki şəraitdə əsas müzakirə mövzusu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olmalıdır: “Bu gün danışıqlar prosesində də ilk növbədə BMT-nin qətnamələrinin icrası və Azərbaycan torpaqlarının işğaldan azad olunması gündəmdə olmalıdır. Bu olmadığı üçün də 25 ildir ki, problemin həllində heç bir irəliləyiş yoxdur”.

Deputat qeyd edib ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kristofer Smitin vaxtilə Demokratlar Partiyasının, sonra Respublikaçılar Partiyasının üzvü, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir: “Ümumiyyətlə, ermənilərin ABŞ Konqresində çox böyük lobbi qrupu var ki, onlar erməni diasporuna çalışırlar. Məhz bunun nəticəsidir ki, Azərbaycan orada haqsız qərarların qəbulunun şahidi olub”.

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə