Partiya  "İraq ordusunun Kərkük əməliyyatı tam qanuni və zəruridir"-

"Osmanlı həmin torpaqları o şərtlə İraqa verib ki, heç vaxt ərazi bütövlüyü pozulmasın"

BAKI, 16 oktyabr — Sputnik. İraq ordusunun Kərkük vilayətində əməliyyat keçirməsi və strateji bölgələri geri alması haqda məlumat vermişdik. Son olaraq Kərkük hava limanı da peşmərgədən geri alınıb.

Sputnik xəbər verir ki, xalq şəhərə daxil olan İraq əsgərlərini böyük sevinclə qarşılayıb. İraq ordusuna qarşı vuruşan təkcə Kürdüstan Muxtar Vilayətinin əsgərləri yox, həm də PKK terrorçularıdır.

Amerika Birləşmiş Ştatları hərbi qarşıdurmadan ciddi narahat olduqlarını açıqlayıb. Digər bir açıqlama Türkiyənin Xarici İşlər Nazirliyindən gəlib. "Şimali İraq regional rəhbərliyinin konstitusiyanı pozaraq, qanunsuz referendum keçirməsindən sonra, İraq ordusunun ölkənin ərazi bütövlüyünü qorumaq üçün başlatdığı əməliyyatı dəstəkləyirik" — Türkiyə XİN bəyan edib.

Mövzunu Sputnik Azərbaycan-a şərh edən millət vəkili Asim Mollazadə deyib ki, baş verənlərin günahkarı, özbaşına müstəqillik referendumu keçirən Kürdüstan Muxtar Vilayətinin rəhbərliyidir: "İraq ordusunun Kərkükə başlatdığı əməliyyatın səbəbi, ölkənin şimalındakı regional kürd muxtariyyətinin özbaşına müstəqillik referendumu keçirməsidir. Mərkəzi hökumət qeyri-qanuni referenduma reaksiya göstərib".

"Bu cür separatçı proseslərin qarşısı alınmalıdır. Türkiyə və Azərbaycan üçün Kərkük olduqca mühümdür. Çünki orada bizim türkmən qardaşlarımız yaşayır. Onların təhlükəsizliyi narahatlıq doğurur" — millət vəkili bildirib.

A. Mollazadə əlavə edib ki, İraqda ikinci dövlətin yaradılmasına Ankara imkan verməyəcək: "Söhbət İraq dövlətinin parçalanmasından gedir. Türkiyə İraqla sərhəd dövlətdir və həmin ölkənin ərazisində ikinci bir dövlətin qurulmasına imkan verməyəcək"......



Read more: https://sputnik.az/expert/20171016/412349433/kerkuk-emeliyyati-qanunidir.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə