Partiya  "Ermənistan danışıqlar prosesini yenə pozacaq" MÖVQE-

"Azərbaycan sülh istəyir. Lakin Ermənistan sülhə hazır deyil. Bu baxımdan düşünürəm ki, düşmən ölkə bu dəfə də hansısa ciddi addım atmayacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşünü şərh edərkən deyib.

Deputat bildirib ki, zəruri məqamda Ermənistan yenə də danışıqlar prosesini pozacaq: "Çünki, Ermənistan danışıqlar masasına beynəlxalq təzyiqlər nəticəsində qayıdıb".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib. Belə ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə