Partiya  “ABŞ-la silah ticarətinə erməni lobbisi mane ola bilər” – Asim Mollazadə-

Avropa Birliyi öz hüdud dairəsində olan dövlətlərə münaqişə ocaqlarına silah satışını həyata keçirməməyi məsləhət görüb. Doğrudur, ortada silah satışını qadağan edən sənəd yoxdur. Sadəcə tövsiyyə xarakterli bəyanat var. Buna baxmayaraq, Azərbaycan üçüncü ölkələr vasitəsi ilə özünə lazım olan silahları ala bilir. Buna sübut kimi Çexiya istehsalı olan “DANA” özüyeriyən artilleriya sistemlərinin və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərinin İsrailin “əli” ilə ölkəmizə gətirilməsini göstərmək olar.

Bəs Amerik Birləşmiş Ştatları (ABŞ) ilə Azərbaycan arasında silah alış-satışına, sövdələşməsinə hər hansı qadağa varmı? 907-ci “düzəlişin” iki ölkə arasındakı silah ticarətinə də bu və ya digər dərəcədə təsir göstərməsi mühüm amillərdəndir.

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə hafta.az-a açıqlamasında deyib ki, Azərbaycanla bu istiqamətdəki əməkdaşlığın qarşısını ancaq güclü erməni lobbisi ala bilər:

“Bədnam 907-ci düzəliş əslində aradan qaldırılıb. Həmin “düzəliş” ona görə aradan qaldırılıb ki, rəsmi Bakı Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizliyi üçün Vaşinqtonla çox önəmli əməkdaşlıq edir Söhbət ABŞ-ın Silahlı Qüvvələrinə verilən dəstəkdən gedir. Silah satışı ilə bir məqama da diqqət çəkmək lazımdır. Doğrudanmı Azərbaycanın Amerika Birləşmiş Ştatlarından bahalı silah almağa ehtiyacı var?! Azərbaycanla bu istiqamətdəki əməkdaşlığın qarşısını ancaq güclü erməni lobbisi ala bilər. Onlar hər zaman ölkəmizə qarşı haqsız qərarların qəbuluna nail olurlar. Bu istiqamətdə erməni lobbisinin istəkləri heç də ABŞ-ın dövlət maraqları ilə üst-üstə düşmür”.

Millət vəkili deyib ki, onda Azərbaycanın Amerika Birləşmiş Ştatlarından silah alış-satışı, bu istiqamətdə danışıqlar haqda məlumat yoxdur:

“Hesab edirəm ki, bu yöndəki məsələlər Azərbaycanın Müdafiə Nazirliyinin maraq dairəsindədir. Bu istiqamətdəki məsələlərin kütləvi müzakirəsinə ehtiyac görmürəm. Azərbaycanın özünü müdafiə etmək üçün zəruri silahları var. Ölkəmizi bu istiqamətdə ən müasir və lazimi olan silahlarla təmin edən ölkələr də var. Düşünürəm ki, Azərbaycan Amerika münasibətlərində bu məsələ böyük önəm daşımır”.  

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə