Partiya  "Bu cür aksiyalar onsuz da ictimaiyyət tərəfindən dəstəklənmir"-

“Oktyabrın 28-də keçiriləcək mitinq bir daha göstərir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var və bu hüquq təmin olunur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

“Azərbaycan çoxpartiyalılıq sistemə, azad fikrin ifadəsi üçün hər bir şərait yaradılır. Sabah keçiriləcək mitinqə də bu müstəvidən baxmaq lazımdır. Çünki, bu cür aksiyalar onsuz da ictimaiyyət tərəfindən dəstəklənmir. Bunu mitinq keçirmək istəyənlər üçün yaradılan şəraitin nümayişi kimi qiymətləndirmək daha düzgün olar”- deyə, partiya sədri qeyd edib.

Azərbaycan hüquq mühafizə orqanlarının sözügedən mitinqdə terror etmək istəyənlərə qarşı uğurlu əməliyyatına toxunan A.Mollazadə söyləyib ki, bu ölkəmizin kifayət qədər güclü dövlət olduğunu, beynəlxalq terror şəbəkəsi ilə mübarizə aparmaq gücünə malik olduğunu bir daha dünyaya göstərmiş oldu: “Bildiyiniz kimi Azərbaycan dəfələrlə beynəlxalq erməni terrorunun qurbanı olub. Bu gün Azərbaycanın hüquq mühafizə orqanları terror şəbəkəsi ilə amansız mübarizə aparır. Bu, çox önəmlidir”.

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə