Partiya  Daha bir Avropa ölkəsi separatçılığın qurbanı olur-

Asim Mollazadə: “Son zamanlar Avropada da separatizm meyllərinin güclənməsi bir sıra səbəblərdən qaynaqlanır”


İtaliyanın Lombardiya və Venesiya vilayətlərində keçirilən muxtariyyət referendumunun nəticələri açıqlanıb. Hər iki vilayətdə əhalinin 95%-dən çoxu referenduma hə deyib.

Əsas qazancı turizm və modadan əldə edən Lombardiya və Venesiya vilayətləri İtaliya iqtisadiyyatının lokomotivi hesab olunur. Qeyd edək ki, mərkəzi hökumət muxtariyyət referendumunun keçirilməsinə etiraz etməyib. Amma hesab edilir ki, bu, artıq İtaliyada da separatçılığa gedən yolun başlağıcıdır. Avropada separtçılığın belə sürətlə genişlənməsinə rəvac verən səbəb nədir və o, hansı təhdidlər yaradır?.....

......Milli Məclisin deputatı Asim Mollazadə isə Avropada separatizmin güclənməsində xarici amillərin olması fikrini istisna etdi: “Ərazi mübahisələri məsələsinin həlli əslində, beynəlxalq sənədlərdə öz əksini tapıb. Söhbət dövlətlərin ərazi bütövlüyü, suverenliyinin dəstəklənməsindən gedir. Bu ərazilərdə yaşayan etnik qrupların öz müqəddəratını müəyyənləşdirməsi isə dövlətlərin ərazi bütövlüyünü pozmadan mümkündür.  

Avropada Venesiya Komissiyasının təklif etdiyi müxtəlif muxtariyyət formaları mövcuddur. Bu muxtar qurumlarla yaşanan problemlər də belədə dövlətlərin Konstitusiya prinsipləri əsasında öz həllini tapa bilər. Dəfələrlə Avropada bu məsələlər sülh yolu ilə öz həllini tapıb. Avropaya sülh və əmin-amanlıq gətirən də məhz bu amildir. Hüququn aliliyi pozulan zaman belə münaqişələr canlanır ki, bu da sabitliyin təmin olunması yolunda başlıca problemdir. Biz öz tariximizdə bunu görmüşük. Ölkəmizdə və digər keçmiş sovet respublikalarında  qonşu ölkələrin hərbi dəstəyilə separatistlərə dəstək verilib. Nəticədə milyonlarla insan bu cür separatizmin qurbanı olublar. Onun qarşısını almağın yeganə yolu da hüququn aliliyidir. Onun pozulması bütün hallarda qanlı münaqişələrə gətirib çıxarır. 
Son zamanlar Avropada da separatizm meyllərinin güclənməsi bir sıra səbəblərdən qaynaqlanır. Əsas səbəb iqtisadi və sosial amillərlə, habelə başqa ölkələrdən qaçqın axınının baş verməsilə bağlıdır. Vaxtilə Şotlandiya Böyük Birtaniyadan ayrılmaqla bağlı referendum keçirdi, lakin əksər əhali müstəqilliyə yox deyi. Kanadada Kvebek vilayətində də anoloji proses baş vermişdi. Amma düşünmürəm ki, Avropada separatizm dalğasının genişlənməsində xarici amillərin təsiri olsun. Olsa da cüzi miqdarda təsiri ola bilər. Avropadakı separatizm hərəkatları zamanı qanlı münaqişələrin olmamasının səbəbi də məhz bu məkanda xarici təsirlərin olmaması ilə bağlıdır”.
Rüfət NADİROĞLU  


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə