Partiya  -“BTQ türk dövlətlərini birləşdirən tarixi nəqliyyat dəhlizidir” – Asim Mollazadə | Online ictimai-siyasi qəzet

“Azərbaycanın xarici siyasətinin əsas strategiyası tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulub. Bakı-Tiflis-Qars layihəsi əslində tarixi bir hadisədir. Bu layihə həm də tarixi İpək Yolu sisteminin bərpasında öz töhfəsini verir”.

Bu sözləri hafta.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Asim Mollzadənin sözlərinə görə, BTQ həm də  türk dövlətlərini birləşdirən nəqliyyat dəhlizini formalaşdırır:

“Bu baxımdan Bakı-Tiflis-Qars layihəsi tək nəqliyyat dəhlizi deyil. Bunun arxasında iqtisadi əməkdaşlıq, ticari və mədəni əlaqələr dayanır. Mənə elə gəlir ki, bu layihəyə çəkilən xərclərin mənfəəti götürülüb. Siyasi mənfəət bu layihə işə düşən gündən başlayıb. Mən belə düşünürəm. İqtisadi mənfəət isə zaman tələb edəcək. Bu da təbiidir. Burada həm siyasi, həm də təhlükəsizlik məsələlərinin çox böyük rolu var. Eyni zamanda, Rusiya və İranla birgə şimal-cənub dəhlizini formalaşdırmaq Azərbaycana iki qonşu ilə münasibətləri iqtisadi, nəqliyyat sahələrində daha da yaxşı qurmaq üçün imkanlar açır. Bu system gələcəkdə ölkə iqtisadiyyatımız üçün öz töhvəsini verəcək”. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə