Partiya  Asim Mollazadə: “ABŞ-da silah satışı məhdudlaşdırılmalıdır” AÇIQLAMA-

“Ümumiyyətlə dünyada baş verən terror hadisələri ən böyük cinayətlərdən sayılır. Azərbaycanda terrordan əziyyət çəkmiş və xeyli vətəndaşını itirmiş bir ölkədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan anti-terror koalisiyasının fəal üzvüdür: “Dünyada bu cür hallar olanda Azərbaycan da öz dəstəyini ifadə edir. Terror dünyanın hər bir ölkəsində baş verə bilər. Onun demokratiyaya heç bir aidiyyatı yoxdur. Mənə elə gəlir ki, ABŞ-da açıq silah satışı və onun məhdudlaşdırılması ilə bağlı addımlar atılmalıdır. Hər bir ölkədə terrorun səbəbləri var. Yəni Bakı metrosunda baş vermiş terror qurbanlarının nə günahı var idi ki, erməni terroristləri onları qətlə yetirdilər”.

Qeyd edək ki, ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 27 nəfər ölüb, 20-yə yaxını yaralanıb. 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.

Müəllif: Ceyhun Rasimoğlu
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə