Partiya  "Ermənistandan yalnız qarşıdurmalar üçün istifadə olunur" ŞƏRH-

“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr əslində bölgədə ticarətin, iqtisadi münasibətlərin, mədəni əlaqələrin artmasına xidmət edəcək. Belə olan halda, bölgədə stabillik möhkəmlənər, qarşıdurmalar səngiyər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Son günlər ərzində Azərbaycan Prezidentinin region dövlətlərinin rəhbərləri ilə görüşdüyünü və bir sıra sənədlərin imzalandığını xatırladan deputat söyləyib ki, bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir.

Bir neçə gün bundan öncə Bakı-Tbilisi Qars dəmiryolunun açılmasını tarixi hadisə adlandıran A. Mollazadə söyləyib ki, bu, iki qitənin birləşməsində mühüm əhəmiyyət kəsb edir: “BTQ dəmiryolunun açılması eyni zamanda türk dövlətlərini birləşdirən və bu dövlətlərlə əməkdaşlığı möhkəmləndirən bir sistemdir ki Azərbaycan bu sahədə də öz tarixi missiyasını həyata keçirir”.

Azərbaycan Prezidentinin Tehrana səfəri ilə bağlı fikirlərini bildirən komitə üzvü söyləyib ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır: “Əslində Azərbaycan hər zaman qonşularla müsbət siyasət həyata keçirməyə çalışır. Ölkəmiz qonşu dövlətlərlə siyasi-iqtisadi, mədəni, ticari əməkdaşlığa malikdir. Bu, bir növ təhlükəli məqamların zərərsizləşdirilməsinə yönələn siyasətdir. Təbii ki, ölkələr arasında müəyyən fikir ayrılıqları ola bilər, lakin sıx əməkdaşlıqla, ticarətlə hər zaman qarşıdurmaları səngitmək mümkündür.

Deputat vurğulayıb ki, mühüm layihələr həyata keçirən, gündən-günə regionda güclənən Azərbaycanla müqayisədə isə Ermənistan bu layihələrdən kənarda qalmaqla acınacaqlı iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq: “Ermənistan yalnız hərbi-baza funksiyasını yerinə yetirməkdən başqa heç nəyə lazım deyil. Öz müstəqilliyini itirmiş Ermənistanın məqsədi stabilliyi pozmaqdan ibarətdir. Hazırda düşmən ölkədən yalnız qarşıdurmalar üçün istifadə olunur”.

Xatırladaq ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Oktyabrın 31-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.Noyabrın 1-də isə Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Müəllif: Nailə Məhərrəmova
SIA.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə