Partiya  Ərdoğan-Putin görüşündən GÖZLƏNTİLƏR-

"Sevindirici haldır ki, Türkiyə hər zaman yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirir və problemin müzakirəsini həyata keçirir. Bildiyiniz kimi bu günlərdə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşündə müzakirə ediləcək məsələlərdən birincisi elə məhz Dağlıq Qarabağ münaqişəsi olacaq”. Bunu SİA-ya Milli Məclisin deputatı Asim Mollazadə Rusiya və Türkiyə prezidentlərinin görüşünün DQ münaqişəsinin həllinə təsirini şərh edərkən deyib.

Türkiyə tərəfindən atılan addımı yüksək qiymətləndirən deputat Rusiyanın problemin həlli ilə bağlı ciddi addım atmağa hazır olmadığını dilə gətirib: “Ümumiyyətlə, Türkiyə hər zaman Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləyib. Qardaş ölkə Azərbaycanla birgə böyük layihələr həyata keçirir. Bu baxımdan Türkiyə istəyir ki, Cənubi Qafqaz sabitlik və əməkdaşlıq bölgəsinə çevrilsin. Belə olan halda, qonşu ölkə Azərbaycanla birgə münaqişələrin həllinin tərəfdarıdır. Lakin Rusiya haqqında bunun demək olmur. Çünki, inanmıram ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı ciddi addım atmağa hazırdır”.

İlin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edilməsi ilə bağlı məsələyə toxunan A. Mollazadə vurğulayıb ki, bu görüşlər Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmasına hesablanıb: “Düşmən ölkə bu görüşləri danışıqların imitasiyası üçün aparır. Məhz buna görədir ki, indiyədək Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç bir addım atılmayıb”

Rusiyanın münaqişənin həlli ilə bağlı müəyyən şərtlər irəli sürməsi haqqında yazılanlara münasibət bildirən deputat deyilən fikirlərin öz təsdiqini tapmadığını dilə gətirib: “Ümumiyyətlə, unutmamalıyıq ki, keçmiş SSRİ ərazisində heç bir münaqişənin həlli ilə bağlı hansısa nailiyyət yoxdur. Bu da münaqişələrin həll olunmamasında maraqlı olan qüvvələrin olduğunu göstərir. Biz buna təəssüf edirik”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcək .

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə