Demokratik İslahatlar Partiyası (DİP)
“22 iyul – Milli Mətbuat Günü” münasibətilə Partiyanın təsis etdiyi “Həsən bəy
Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı
sahiblərinə təqdim edib.
Təqdimat məqsədilə geçirilən
görüşdə partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis
etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj
vermək istəyir. “Müstəqil və demokratik
Azərbaycanın qurulmasında, inkişafında jurnalistlərin də mühüm rolu var. Hesab
edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya
dəstək verməsi vacibdir” – deyə millət vəkili bildirib. Sonra o, müvafiq
diplomları və mükafatı qaliblərə təqdim edib. “Sputnik Azərbaycan” BİA-nın
əməkdaşı Ülkər Abdullayeva publisistik yazılarına, “Azadinform” İA-nin əməkdaşı
Leyla Məhərrəmova ölkənin siyasi gündəmini obyektiv və operativ
işıqlandırdığına görə 2017-cı ilin mükafatını qazanıblar. Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə
görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu
olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi
keçirdiklərini ifadə ediblər.
Xatırladaq ki, bu təsisatda
məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin
90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan
mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və
peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv
və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP
tərəfindən 2008-ci ildə təsis olunub.
|