Partiya  Lavrovun səfərində məqsəd: elə görüntü yaradılır ki... – Şərh-

Azərbaycan və Ermənistan xarici işlərinin qarşıda planlaşdırılan görüşünün hansısa nəticə verəcəyinə inanmıram.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın Qarabağla bağlı hazırkı mövqeyini dəyərləndirən millət vəkili Asim Mollazadə deyib.

“Rusiya əslində nümayiş etdirir ki, münaqişənin həlli ilə məşğuldur, sadəcə olaraq vəziyyət çox çətin olduğuna görə heç bir şey alınmır. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfərindən çıxan nəticə məhz bundan ibarədir. Bundan sonra da prosesin gedişatından hər hansı bir dəyişiklik gözləmirəm. Qarışda xarici işlər nazirlərinin və prezidentlərin görüşü planlaşdırılır. Sülh prosesinin davam etdirilməsi müsbət olsa da, bu görüşlərin hansısa fayda verəcəyini düşünmürəm. Ona görə də Ermənistan nə qədər çalışsa da, Qarabağ məsələsinin hərbi yolla həllinin mümkünlüyündən boyun qaçıra bilməyəcək ”, - millət vəkili bildirib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə