Partiya  Azərbaycanın “Şərq Tərəfdaşlığı” sammitindən GÖZLƏNTİLƏRİ-

“Azərbaycan NATO tərəfdaşlığı uğurla inkişaf edir və qarşılıqlı maraqlar var”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

NATO-nun Azərbaycanın dəstəyinə böyük ehtiyacı olduğunu deyən deptat söyləyib ki, Azərbaycan NATO-nun bir sıra əməliyyatlarında öz dəstəyini göstərir: “NATO da Azərbaycan üçün önəmlidir. Həm strateji infrastrukturun, həm ümumi təhlükəsizliyin təminatı, həm də NATO standartlarının Azərbaycanın Silahlı Qüvvələrində istifadə edilməsində bu təşkilat mühüm əhəmiyyətə malikdir. NATO-nun ən önəmli üzvü olan Türkiyə də bu istiqamətdə Azərbaycanla birlikdə əməkdaşlıq edir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini yüksək qiymətləndirən A.Mollazadə söyləyib ki, NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycanla bağlı ifadələri və Azərbaycan prezidentin bu tərəfdaşlığı yüksək qiymətləndirməsi onu göstərir ki, NATO Azərbaycan münasibətləri yüksək səviyyədədir və bu münasibətlərin böyük potrensialı, gələcəyi var”.

Deputat bu gün Brüsseldə baş tutacaq “Şərq Tərəfdaşlığı” sammitinə də toxunub: “Biz bu sammitdən tərəfdaşlıq gözləyirik. Azərbaycan üçün Avropa Birliyi çox mühüm tərəfdaşdır. Azərbaycan iqtisadiyyatının Avropa Birliyinin iqtisadiyyatı ilə sıx bağlılığı var. Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Ölkəmiz Avropa Birliyi ilə iqtisadi-ticari əlaqələrdən başqa humanitar, təhsil, mədəniyyət sahəsində də əməkdaşlığı genişləndirmək istəyir. Ümidvaram ki, “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində bu cür tərəfdaşlığa nail ola bilərik. Bundan başqa, Azərbaycan tələbələrinin vizasız Avropa Universitetlərinə daxil olmaq imkanlarını əldə etmək istəyirik”.

Müəllif: Nailə Məhərrəmova
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə