|
.....Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sözügedən saziş Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmaq oyunlarının tərkib hissəsidir: "Ermənistan bir tərəfdən Rusiyanın hərbi blokunun üzvüdür, Avrasiya İqtisadi İttifaqının üzvüdür, eyni zamanda, Avropa ilə də bu oyunları oynayır. Ermənistan öz siyasəti ilə növbəti dəfə beynəlxalq ictimaiyyəti demək olar ki, fərqli bir müstəviyə çəkir". "Ermənistan müstəqil dövlət deyil. Ermənistan demək olar ki, Şərq Tərəfdaşlığında Rusiyanın təmsilçiliyi funksiyasını daşıyır" — Mollazadə qeyd edib. Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakını isə yüksək qiymətləndirib: "Azərbaycanın Avropa İttifaqı ilə çox ciddi, çoxşaxəli tərəfdaşlıq proqramları var. Azərbaycan Avropa İttifaqını həm siyasi, həm iqtisadi, həm də mədəni sahədə tərəfdaş görür". "Bu əməkdaşlığı genişləndirəcək qarşılıqlı maraqlar göz önündədir, enerji, nəqliyyat, mədəniyyət, təhsil sahələrində maraqlar var. Əminəm ki, bu əməkdaşlıq həm Avropa İttifaqının, həm də Azərbaycanın xeyrinə işləyir. Düşünürəm ki, Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişini imzalayacaq və çoxşaxəli əməkdaşlıq daha da güclənəcək" — deputat əlavə edib. Qeyd edək ki, noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement — CEPA) adlı sənədi imzalayıb. Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.
Read more: https://sputnik.az/expert/20171129/412958415/ermenistan-sherq-terefdashliginda-rusiyanin-temsilciliyi-funksiyasini-dashiyir.html
|