Partiya  Deputatlar çıxış yolu təklif etdi: Ərzağın bahalaşmasını necə durdurmaq olar?-
Son vaxtlar Azərbaycanda ərzaq məhsullarının bahalaşması müşahidə edilir. Qiymət artımı idxal olunan ərzaq məhsullarında özünü daha qabarıq şəkildə göstərir. 
 
Ölkədə fevral ayından bəri manatın məzənnəsi stabil qalır. Amma buna baxmayaraq, istehlak bazarında qiymət artımları baş verir. Mütəxəssislər isə dəfələrlə bildiriblər ki, bahalaşmanın iqtisadi əsasları yoxdur. 

Son vaxtlar ən çox qiymət artımı kərə yağı və ətdə özünü göstərib.

Qiymət artımı ilə bağlı dəfələrlə dövlət orqanları qarşısında məsələ qaldırılıb. Hətta Milli Məclisin iclaslarında bəzi deputatlar ərzaq mallarının bahalaşmasına etirazlarını bildiriblər. 

Hələ ki bahalaşmanın çarəsi tapılmır...

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarının qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artıb. Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 2,3 faiz qalxıb.

Modern.az saytı bir neçə deputatdan istehlak bazarındkı vəziyyətə münasibət öyrənib.

Asim Mollazadə isə qeyd edib ki, bazar iqtisadiyyatına uyğun və anti-monopolist qanunlar qəbul edilməlidir ki, qiymətlər hansısa inzibati üsulla yox, bazar iqtisadiyyatına uyğun üsullarla tənzimlənsin: 

"Nə qədər sahibkarların imkanlarında sərbəstlik olacaqsa, bu qiymətlərin aşağı düşməyinə öz təsirini göstərəcək. İnzibati üsullarla qiymətlər sovet sosialist iqtisadiyyatında müəyyənləşə bilər. Biz isə rəqabət olan bir iqtisadi sistem formalaşdırmalıyıq. Rəqabət Məcəlləsinin qəbulunu vacib sayıram. Hesab edirəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması məhz sahibkarın xeyrinə olar. Çox təəssüflər olsun ki, bu məcəllənin qəbulu ləngiyir. Mənə elə gəlir ki, məhz real bazar iqtisadiyyatı da rəqabətin mövcud olduğu mühitdə formalaşır”.....
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə